Yaponiyanın Kumamoto Universitetinin professoru Nanoaraşdırmalar laboratoriyasında olub

Yaponiyanın Kumamoto Universitetinin professoru Nanoaraşdırmalar laboratoriyasında olub Yaponiyanın Kumamoto Universitetinin Supramolekulyar kimya laboratoriyasının professoru Makoto Takafuji Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar laboratoriyasında olub. Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov birgə əməkdaşlıq məsələləri, magistr və doktorantların hazırlığı istiqamətində müzakirələr aparıb. Qeyd edək ki, BDU-nun dosenti, kimya elmləri üzrə fəlsəfə doktoru Flora Hacıyeva Yaponiyanın Kumamoto Universitetinin Tətbiqi Kimya və Biokimya Mərkəzinə 4 aylıq müddətində elmi ezamiyyətə göndərilib. Ezamiyyət Yaponiyanın Matsumae Beynəlxalq Fondunun maliyyələşdiridiyi layihə çərçivəsində baş tutub. 
Onu da bildirək ki, professor Makoto Takafuji V Bakı Beynəlxalq Humanitar forumunda iştirak etmək üçün ölkəmizə səfər edib.

Mətbuat və informasiya şöbəsi


Yaponiyanın Kumamoto Universitetinin professoru Nanoaraşdırmalar laboratoriyasında olub

Oxşar xəbərlər