ADU-da SABAH qrupları ilə bağlı görüş keçirilib

ADU-da SABAH qrupları ilə bağlı görüş keçirilib Fevralın 15-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qrupları İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə və SABAH qruplarının Tədris işləri üzrə rəhbəri Eldar Qocayev ilə görüşüb.
Görüşdə 2016-2017-ci tədris ilinin I semestrinin yekunları, həmçinin bu il ilk buraxılış olacaq SABAH qruplarının son kurs tələbələri ilə bağlı məsələlər müzakirə olunub.
Görüş zamanı SABAH qruplarında növbəti semestr ərzində görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, SABAH ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılıb. SABAH qruplarının baza ali təhsil müəssisələrindən biri olan ADU-da SABAH resurs mərkəzi isə 2014-cü ilin sentyabr ayından fəaliyyətə başlayıb.

ADU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər