Novxanı kəndində yerləşən ALFA restoranında tədbiri keçirilib

Novxanı kəndində yerləşən ALFA restoranında tədbiri keçirilib Novxanı kəndində yerləşən ALFA restoranında Sumqayıt şəhər Regioanl Mədəniyyət və Turizm idarəsinin Abşeron rayon Mədəniyyət Mərkəzi, MKS, 8 saylı Novxanı kənd kitabxana filialı və Novxanı Kənd Diyarşünaslıq Klubunun birgə tədbiri keçirilib.
Tədbirdə şairlər Nafiz Rüstəm, Nurəddin Mirzəxanlı, Xaliq Laçınlı, Rəna Mərzili, Məlahət Yusifqızı, Sabir Zamanlı, Esmira Məmmədli, Balayar Sadiq, Məlahət Fərəcova və digərləri çıxış edərək müxtəlif illərdə yazdıqları şeirlərini ifa ediblər.
Daha sonra gənc müğənnilər Zaur Yusifli və Kamil Ağazadənin ifasında xalq və bəstəkar mahnları, “Xəzər ulduzları” rəqs ansamblının üzvlərinin ifasında “Uzundərə”, “Tərəkəmə” və s. xalq rəqsləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Sonda Abşeron rayon Mədəniyyət Mərkəzinin Direktoru Nurlan Məmmədli və Abşeron rayon MKS-in direktoru Məlahət Abdullayeva çıxış edərək belə tədbirlərin müntəzəm təşkil ediləcəyini bildiriblər.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti


Novxanı kəndində yerləşən ALFA restoranında tədbiri keçirilibNovxanı kəndində yerləşən ALFA restoranında tədbiri keçirilibNovxanı kəndində yerləşən ALFA restoranında tədbiri keçirilib

Oxşar xəbərlər