Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsində 31 Mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsində 31 Mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar silsilə tədbirlər keçirilib Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin baş məsləhətçisi, Qubadlı rayon üzrə nümayəndə İlham Əhmədovun iştirakı ilə rayon mədəniyyət evində “Xəyanət Qurbanları” adlı dəyirmi masa keçirilib. Tədbirdə şəhidlərin xatirəsi anılıb, həmin hadisələrin canlı şahidi olmuş şəxslərin soyqırım haqqında fikirlərindən bəhs edən video-çarx nümayiş etdirilib.
Daha sonra İlham Əhmədov çıxış edərək tarixi faciələrin unudulmamasının vacibliyini vurğulayıb, belə tədbirlərin keçirilməsinin gənc nəslin tarixi həqiqətləri öyrənməsində mühüm rol oynadığını bildirib.
Sonda soyqırım aktı ilə bağlı mədəniyyət evinin direktoru Ziba İbrahimovanın, MKS-in direktoru Müşgünaz Muradovanın çıxışları dinlənilib, Mahmudlu kənd Mədəniyyət evinin bədii-qiraət dərnəyinin üzvləri tərəfindən vətənpərvərlik ruhlu şeirlər ifa edilib.
Xızı rayon Mərkəzi kitabxanasında keçirilən tədbirdə Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin baş məsləhətçisi, Xızı rayon üzrə nümayəndə Möhsün Bağırov, C.Cabbarlı adına mədəniyyət mərkəzinin direktoru Vasif Əsdanov, MKS-in direktoru Ayşən Əliyeva çıxış edərək soyqırım aktı haqqında geniş məlumat verib, erməni vandalizmi pisləyiblər.
Sonda tədbir iştirakçıları əl işlərindən ibarət sərgi və foto-stendlə yaxından tanış olublar.
Zəngilan rayon ictimaiyyəti də soyqırım qurbvanlarını anıblar. Soyqırım qurbanlarının xatirəsinə həsr olunmuş tədbirdə məruzələr oxunub, film nümayiş olunub.
Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın əməkdaşları tərəfindən Təcili Tibbi Yardım Xəstəxanasında “Tarixin ibrətamiz səhifələri” adlı səyyar sərgi təşkil olunub. 300-ə qədər ədəbiyyatı özündə əks etdirən sərgidə Azərbaycan tarixi mövzusunda kitablarla yanaşı, azərbaycan və rus dillərində bədii ədəbiyyat nümunələri də nümayiş etdirilib. Kitabxananın uşaq şöbəsində keçirilən “İnformasiya günü”ndə də oxuculara soyqırım aktı haqqında geniş məlumat verilib, video-çarx izlənilib, soyqırımı əks etdirən ədəbiyyatlar nümayiş olunub.
Nizami Gəncəvi adına Kitabxana Klubda “Tarixi həqiqətlər unudulmur” adlı mühazirə oxunub, böyük kitabxanaçı Bəturə Lazımova mövzu ilə əlaqədar oxuculara geniş məlumat verib.
Sumqayıt MKS-in M.Ə.Rəsulzadə adına filialında keçirilən tədbirdə şair Namiq Dəlidağlı, şairə Sevinc Qərib, Gənclər kitabxanasında keçirilən tədbirdə SDU-nin tələbələri Sahib Məmmədov, Sürayyə Hacıbabayeva, Fatimə Cəbrayılova, Fərhad Qasımov və digərləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələri ilə bağlı məruzələrlə çıxış ediblər. Sonda erməni vandalizmindən bəhs edən videoçarx izlənilib.
Sumqayıtın Tarixi Muzeyində tərtib olunan “31 Mart-Azərbaycanlıların soyqırımı günüdür!” adlı sərgidə muzey materialları – kitablar, sənədlər, fotoşəkillər, rəsm əsərləri nümayiş olunub.
Şəhərin “Dostluq” mədəniyyət evində mühazirə oxunub, N.Nərimanov adına mədəniyyət mərkəzində ədəbi-bədii kompozisiya təşkil olunub.

Sumqayıt Regional Mədəniyyət və Turizm Idarəsinin
Mətbuat xidməti


Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsində 31 Mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət və Turizm idarəsində 31 Mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət və Turizm idarəsində 31 Mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət və Turizm idarəsində 31 Mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət və Turizm idarəsində 31 Mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Oxşar xəbərlər