Sumqayıt Regional Mədəniyyət və Turzm idarəsində Novruz bayramı münasibətilə tədbir keçirilib

Sumqayıt Regional Mədəniyyət və Turzm idarəsində Novruz bayramı münasibətilə tədbir keçirilib Sumqayıt Regional Mədəniyyət və Turzm idarəsinin tabe müəssisələrində Novruz bayramı münasibətilə silsilə tədbirlər davam edir.
Zəngilan rayon uşaq musiqi məktəbində keçirilən tədbirdə məktəbin xor kollektvinin ifasında xalq mahnılari, şagirdlər Orxan Həsənovun ifasında saz havası, Aslan Məmmədov və Loqman Həsənovun ifasında Novruz bayramına həsr olunan mahnılar dinlənilib. Milli geyimli aparıcıların ifasında Novruz folklorunun nümunələri maraqla qarşılanıb.
Qubadlı rayon Ə.Mehdiyev adına Uşaq musiqi məktəbində də bayram şənliyi keçirilib. Tədbirdə məktəbin şagirdlərinin ifasında Azərbaycan xalq və bəstəkar mahnıları, o cümlədən, Novruz bayramına həsr olunmuş mahnılar ifa edilib.
Şəhər Mədəniyyət Evinin özfəaliyyət kollektivinin “N” saylı hərbi hissədə təşkil etdiyi konsertdə “Xəyal” instrumental ansamblının ifasında musiqi nömrələri, mədəniyyət evinin “Buta” ritm qrupunun çıxışı, solistlər Allahverdi Xəyal, Elşən Quliyev, Aqil Heydərlinin ifasında bəstəkar və xalq mahnıları, Sveta Aslanovanın ifasında hind mahnıları, o cümlədən, meyxanaçı Ədalət Dağlının ifası əsgər və zabit heyəti tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Sumqayıtın mədəniyyət müəssisələrinin kollektivlərinin hərbi hissə və hospitallarda konsert proqramı, eləcə də şəhərin müəyyən olunmuş müxtəlif ərazilərində konsert proqramı davam edir.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti


Sumqayıt Regional Mədəniyyət və Turzm idarəsində Novruz bayramı münasibətilə tədbir keçirilibSumqayıt Regional Mədəniyyət və Turzm idarəsində Novruz bayramı münasibətilə tədbir keçirilibSumqayıt Regional Mədəniyyət və Turzm idarəsində Novruz bayramı münasibətilə tədbir keçirilibSumqayıt Regional Mədəniyyət və Turzm idarəsində Novruz bayramı münasibətilə tədbir keçirilib

Oxşar xəbərlər