Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsində aprel döyüşlərində şəhid olan igidlərimizin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsində aprel döyüşlərində şəhid olan igidlərimizin xatirəsinə həsr olunmuş tədbir keçirilib Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində 2016-cı ilin aprel döyüşlərində şəhid olan igidlərimizin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Sumqayıt Dövlət Rəsm Qalereyasında keçirilən tədbirə Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Sumqayıt idarəsinin rəisi polkovnik Natiq Qarayev, “Sumqayıt” qəzetinin redkatoru, əməkdar jurnalist Qüdrət Muğanlı, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şöbəsinin sədri Mətanət Məhərrəmova, xalçaçı rəssam Fazil Abasquluzadə, şəhid Əbdülməcid Axundovun anası Ceyran Axundova, şəhid Şülan Bayramovun anası Türkanə Bayramova və şəhər ictimaiyyətinin nümayəndələri qatılıblar.
Tədbirdə çıxış edən qonaqlar bildiriblər ki, Aprel döyüşləri xalqımızın tarixinə yeni bir qəhrəmanlıq səlnaməsi yazıb. Düşmənə sarsıdıcı zərbələr vuran aprel döyüşlərində ordumuz gücünü bir daha nümayiş etdirərək hər bir azərbaycanlıya möhtəşəm qələbə sevinci yaşadıblar. Şəhidlik zirvəsinin ən uca bir zirvə olduğunu bildirən qonaqlar onların unudulmayacağını, hər bir vətəndaşımız tərəfindən sevgi ilə xatırlanacağını bildiriblər.
Tədbirdə Sumqayıt Dövlət Rəsm Qalereyasının təşəbbüsü ilə Əməkdar İncəsənət Xadimi, rəssam Vaqif Nəzirov və rəssam Todiq Əhmədovun birgə yaratdıqları “Vətən şəhidləri ilə ucalır” əsəri təqdim olunub. Aprel döyüşlərində şəhid olan sumqayıt igidlərinə həsr olunan əsərin texnikası kətan, yağlı boya olmaqla, ölçüsü 150-100 sm-dir. Əsərin mərkəzində Azərbaycanın dalğalanan üçrəngli bayrağı, vətən uğrunda sumqayıtlı şəhidlərin portretləri və döyüş səhnəsi təsvir edilib.
Tədbirdə həmçinin şəhidlərə həsr olunmuş xalçalar və rəsm əsərləri nümayiş olunub, Şəhər Mədəniyyət Evinin özfəaliyyət kollektivinin üzvü İlkin Əlizadənin ifasında səslənən hərbi vətənpərvərlik mövzusunda mahnılar dinlənilib.
S.Vurğun adına Mərkəzi Kitabaxanada və N.Nərimanov adına Mədəniyyət Mərkəzində keçirilən tədbirlərdə şəhid Əbdülməcid Axundova həsr olunmuş “Ölsəm yaşat” filmi nümayiş olunub.
Nizami gəncəvi adına Kitabxana Klubda aprel döyüşlərində şəhid olan Azərbaycanın Milli Qəhrəmanları Murad Mirzəyev və Samir Qaçayev anılıb.
Tədbirdə kitabxanaçı Səadət Aııahverdiyeva oxuculara Milli Qəhrəmanların həyatı və keçdiyi şərəfli döyüş yolu haqqında geniş məlumat verib.
Daha sonra oxucuların ifasında vətənə, şəhidlərə həsr olunan şeir nümunələri dinlənilib, vidoçarx izlənilib.
Sonda oxucular “Qarabağ, silinməyən dərdimiz” mövzusunda nümayiş olunan kitab sərgisi ilə yaxından tanış olublar.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti


Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsində aprel döyüşlərində şəhid olan igidlərimizin xatirəsinə həsr olunmuş tədbir keçirilibSumqayıt Regional Mədəniyyət və Turizm idarəsində aprel döyüşlərində şəhid olan igidlərimizin xatirəsinə həsr olunmuş tədbir keçirilibSumqayıt Regional Mədəniyyət və Turizm idarəsində aprel döyüşlərində şəhid olan igidlərimizin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Oxşar xəbərlər