BMT: Təqribən 20 milyon nəfər aclıqdan ölə bilər

BMT: Təqribən 20 milyon nəfər aclıqdan ölə bilər Təqribən 20 milyon nəfər növbəti 6 ay ərzində aclıqdan ölə bilər.

Tehsil-press.az-n məlumatına görə, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Joze Qrasianu da Silva qurumun Romada keçirilən sessiyasında bəyan edib.
O qeyd edib ki, əgər beynəlxalq ictimaiyyət təcili tədbirlər görməsə, 20 milyon insan aclıqdan ölə bilər: "Aclıq təkcə insanları öldürmür, sosial qeyri-sabitliyə də gətirib çıxarır".
Baş direktor əlavə edib ki, Nigeriya, Somali, Cənubi Sudan və Yəməndə aclıqdan və qida çatışmazlığından əziyyət çəkən insanları xilas etmək üçün təcili tədbirlər görmək zəruridir.

Tehsil-press.az

Oxşar xəbərlər