
Tehsil-press.az xəbər verir ki, bitki və heyvan mənşəli məhsulların bir çoxunda B12 vitamini olur.
Alimlər bildirirlər ki, hamiləlik zamanı analarda B12 vitamininin çatışmazlığı səbəbindən uşaqlarda iştahanı tənzimləyən leptin hormonunun səviyyəsi yüksəlir. Nəticədə insulinə maneə yarana bilər. Mütəxəssislər vurğulayırlar ki, hələlik bunlar yalnız fərziyyələrdir. Daha çox bilmək üçün tədqiqatları davam etdirmək lazımdır.
Tədqiqatçılar əlavə edirlər ki, vitamin çatışmazlığından əziyyət çəkən hamilə qadınlar öz qida rasionlarını dəyişməlidirlər. Yeri gəlmişkən, hamiləlik zamanı D vitamininin istifadəsi uşaqlarda diqqət çatışmazlığı sindromu riskini azaldır. Bunu Cənubi Danimarka Universitetinin əməkdaşları müəyyən ediblər.
Tehsil-press.az