ADU-da Jurnalistika kafedrası yaradılıb

ADU-da Jurnalistika kafedrası yaradılıb Azərbaycan Dillər Universitetinin Elmi Şurasının müvafiq qərarına əsasən universitetdə Jurnalistika kafedrası yaradılıb. Kafedranın yaradılmasında məqsəd istər Azərbaycandilli, istərsə də müxtəlif xaricidilli kütləvi informasiya vasitələri üçün mütəxəssislərin hazırlanmasını təmin etməkdir.
Qeyd edək ki, boş olan kafedra müdiri vəzifəsini tutmaq üçün “Xalq” qəzetində müvafiq elan da verilib.

ADU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər