Çıxış edən rektor Abel Məhərrəmov müdafiədə iştirakı ilə bağlı Maral Nəcəflinin müraciətini yüksək qiymətləndirdiyini bildirib. İddiaçının hazırlığını, fikirlərini sərbəst şəkildə əsaslandırdığını qeyd edib və kitabını hədiyyə edib.
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov təqdim edilən iş haqqında müsbət fikirlər səsləndirib, qəzeti ümummilli tələbə qəzetinə çevirmək istiqamətində təkliflər irəli sürüb. Qeyd edək ki, fakültənin dekan müavini Könül Niftəliyevanın elmi rəhbəri olduğu buraxılış işi yüz balla qiymətləndirilib.
Sonra həmin kafedranın diplomçusu Tünzalə Paşayeva “BDU Mətbuat xidməti medianın informasiya mənbəyi kimi” adlı buraxılış işini təqdim edib. T.Paşayeva BDU mətbuat xidmətinin yaranma tarixindən, kütləvi informasiya vasitələri ilə işbirliyindən, respublikada gedən təhsil islahatlarının mühüm bir qolu kimi universitetdə görülən işləri və respublika əhəmiyyətli hadisələri mətbuatda işıqlandırmasından danışıb. BDU Mətbuat xidmətinin keçirilən sorgulara əsasən dəfələrlə “İlin ən yaxşı mətbuat xidməti” adına layiq görüldüyünü də diqqətə çatdırıb. Filologiya elmləri üzrə fəlsəfə doktoru Rəhilə Kəsəmənlinin elmi rəhbəri olduğu buraxılış işinin opponenti dosent Akif Rüstəmov, beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev və digər çıxışçılar işlə bağlı müsbət fikirlər söyləyiblər.
Sonra Qızılgül Rəhimova «Azərbaycan telekanallarının inkişaf perspektivləri, Faiq Kərimoğlu «TV tok-şoularında mövzu seçimi problem kimi», Şəfa Dadaşova «2-ci Dünya müharibəsi dövrünün publisistləri: Rəsul Rza, Rza Quliyev», Çinarə İsmayılova «Azərbaycan media məkanında jurnalistin peşə etikası problemləri», Niftulla Məmmədli «Azərbaycan» qəzetində parlament mövzusu (1918-1920)” və Nərmin Əkbərova «Sosial mediada» etik davranış qaydalarının tətbiqi təcrübəsi» mövzularında yazdıqları buraxılış işlərini müdafiə ediblər.
Mətbuat və informasiya şöbəsi
