Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) magistratura pilləsinin yeni yaradılmasına baxmayaraq bu işin uğurla həyata keçirilməsində böyük təcrübə əldə olunub.
Bunu AMEA-nın prezidenti, akademik Akif Əlizadə bir qrup sonuncu kurs magistrantı ilə görüşdə söyləyib.
Akademik A.Əlizadə rəhbərlik etdiyi qurumda magistratura təhsilinin təşkilinin gənclərin burada elmi fəaliyyətə cəlb olunmasına böyük təkan verdiyini söyləyib. O, magistrantların məzun olduqdan sonra akademiyada fəaliyyətlərini davam etdirmələri, elmi-tədqiqatlar aparmaları və dünya elminə inteqrasiyaları üçün bütün imkanların yaradılacağını bildirib.
Sonra magistrantlar ikiillik təhsil müddətində əldə etdikləri təcrübə və nailiyyətlərdən danışıblar. Magistratura təhsili ilə bağlı xoş təəssüratlarını bölüşən gənclər yerli və əcnəbi alimlərin mühazirələrində, bir sıra respublika və beynəlxalq səviyyəli tədbirlərdə iştirak etdiklərini, xarici ölkələrdə ezamiyyət müddətində öyrəndiklərinin, AMEA-nın laboratoriyalarında aparılan tədqiqatların onların elmi təfəkkürlərinin formalaşmasında mühüm rol oynadığını vurğulayıblar.
Magistranlar yaradılan şəraitə görə akademiyanın rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Kəmalə Rəhimli