UNEC ilə Macarıstan universiteti arasında gələcək əməkdaşlıq imkanları araşdırılıb

UNEC ilə Macarıstan universiteti arasında gələcək əməkdaşlıq imkanları araşdırılıb Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Əməkdaşlıq Departamentinin rəhbəri, Beynəlxalq İqtisadiyyat Məktəbinin müəllimi Anar Kazımov “Erasmus+” proqramı çərçivəsində Macarıstanın Dunaujvaros Universitetində dərslər aparıb.
Dərslər biznesin idarəolunması ixtisası üzrə əcnəbi tələbələr üçün təşkil olunub.
Səfər çərçivəsində UNEC və Dunaujvaros Universiteti arasında gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsinə dair müzakirələr aparılıb.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər