
Əməkdaşlığın əsas məqsədi UNEC-in region universitetləri ilə əlaqələrinin təkmilləşdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.
Sənədə uyğun olaraq LDU-da iqtisadiyyat və biznesin təşkili və idarə edilməsi ixtisasları üzrə mütəxəssislər hazırlanacaq. Müqaviləyə əsasən, hər iki ali təhsil müəssisəsində tədrisin vahid proqram əsasında həyata keçirilməsi, universitetlər arasında müəllim və tələbə mübadiləsinin aparılması, ikili diplom proqramının reallaşdırılması nəzərdə tutulub.
UNEC-in Mətbuat Xidməti