Ukraynanın səfiri Tərcümə Mərkəzində

Ukraynanın səfiri Tərcümə Mərkəzində Ukrayna Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Oleksandr Mişenko ARNK yanında Tərcümə Mərkəzində olub. Görüş zamanı Azərbaycan–Ukrayna xalqları arasında uzun illər davam edən milli-mənəvi doğmalıqdan, ədəbi-mədəni əlaqələrin inkişaf etdirilməsi yollarından, Tərcümə Mərkəzinin bu istiqamətdə həyata keçirdiyi beynəlxalq layihələrdən – müxtəlif dövrlərdə tərcümə və nəşr olunmuş Moris Simaşko, Aleksandr Mardan, İqor Pavlyuk kimi tanınmış Ukrayna ədiblərinin əsərlərindən söz açılıb, yaxın günlərdə Azərbaycan dilində nəşr olunmuş “Ukrayna poeziyası antologiyası” kitabı qonağa təqdim edilib. Həmçinin tezliklə Kiyevdə işıq üzü görəcək “Müasir Azərbaycan poeziyası antologiyası”nın Ukrayna kitabxanalarına və universitetlərinə yerləşdirilməsi məsələləri müzakirə olunub.
Görüşün sonunda səfir tərəfindən Ukrayna xalqının rəmzlərindən olan başınağacı təsvirli suvenir Mərkəzə hədiyyə edilib.

Tərcümə Mərkəzi

Oxşar xəbərlər