ADPU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş tədbir keçirilib

ADPU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş tədbir keçirilib May ayının 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rəhbərliyi, professor-müəllim heyəti və tələbə kollektivi Fəxri Xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə əklil qoyub, gül dəstələri düzüb. Xalqımızın görkəmli oftalmoloq alimi, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri düzülüb. Sonra isə universitetin Böyük Akt zalında ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib və ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan ADPU-nun Tədris işləri üzrə prorektoru, professor Malik Cəbrayılov bildirib ki, müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə respublikamızda və dünyanın bir çox ölkələrində müxtəlif tədbirlər keçirilir. Bu tədbirlərdə xalqımızın dahi oğlu Heydər Əliyevin xatirəsi yad edilir, idarəçilik və dövlətçilik fəaliyyətinə yüksək qiymət verilir. Qeyd edib ki, xalqımızın zəngin ictimai-siyasi fikir və çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyevin xüsusi yeri və mövqeyi var. Görkəmli siyasi xadim, müdrik dövlət rəhbəri Heydər Əliyev ölkəmizin inkişafı, dövlətimizin gücləndirilməsi, xalqımızın elmi-intellektual səviyyəsinin yüksəldilməsi və dünya miqyasında tanınması üçün səmərəli məqsədyönlü fəaliyyət həyata keçirib. Müstəqil Azərbaycan dahi öndər Heydər Əliyevin şah əsəridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin müdrik və mütərəqqi siyasətini uğurla davam etdirərək dövlətimizin daha da gücləndirilməsini və beynəlxalq siyasi nüfüzunun yüksəldilməsini təmin edir.
Tədbirdə Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının professoru Mais Əmrahov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məruzə ilə çıxış edib. Professor M.Əmrahov bildirib ki, qüdrətli siyasi xadim, ümummilli liderimiz Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən xilas edərək daxili ictimai-siyasi sabitliyi təmin edib, ölkəmizdə hüquqi, demokratik, dünyəvi dövləti və vətəndaş cəmiyyətini formalaşdırıb. Məhz ümummilli lider Heydər Əliyev Azərbaycanın davamlı və dayanıqlı inkişafını təmin edən düzgün siyasi kursu müəyyən edib və onu böyük məharətlə, uzaqgörənliklə həyata keçirib. Heydər Əliyev öz böyük adı, mütərəqqi fikir və idealları ilə bütün bəşəriyyətin yaddaşına əbədi köçmüşdür. Qədirbilən xalqımız ulu öndər Heydər Əliyevin xatirəsini əziz tutur.
Tədbirdə çıxış edən Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının müdiri, professor Zahid Xəlil, Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, “Təhsil millətin gələcəyidir!” deyən Ulu Öndərin həyatımızın bütün sahələrinə, xüsusən də, elm, təhsil və mədəniyyətin inkişafına böyük diqqət və qayğı göstərməsi haqqında maraqlı və məzmunlu çıxışlar ediblər.
Konfransda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı videoçarx göstərilib, tələbə-gənclərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsi


ADPU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş tədbir keçirilib

Oxşar xəbərlər