Azərbaycan neftinin SON QİYMƏTİ - Cüzi bahalaşıb

Azərbaycan neftinin SON QİYMƏTİ - Cüzi bahalaşıb CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 28-də 47,97 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,17 dollar/barel çoxdur.
Bu barədə Təhsil-press.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 28-də 47,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,18 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 28-də 45,26 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,38 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyunun 28-də 46,47 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,29 dollar/barel çoxdur.

Təhsil-press.az

Oxşar xəbərlər