Bu universitet təhsil haqlarını açıqladı

Bu universitet təhsil haqlarını açıqladı Odlar Yurdu Universiteti baklavr ixtisasları və təhsil haqlarını açıqlayıb.
Təhsil-press.az-ın məlumatına görə, bakalavr pilləsində qəbul olduğu ixtisasdan asılı olmayaraq tələbələr öz istəklərinə görə azərbaycan, ingilis və rus bölmələrində təhsil ala bilərlər. Tələbələrin ingilis dili səviyyəsini nəzərə alaraq, əlavə intensiv ingilis dili hazırlığı təşkil olunur.
Bundan əlavə, yüksək bal toplayan tələbələr dövlət hesabına təhsil alacaqlar
Bütün ixtisaslar dövlət sifarişi və ödənişli əsaslarla

I qrup

1. KOMPÜTER MÜHƏNDİSLİYİ
2. EKOLOGİYA MÜHƏNDİSLİYİ (neft-qaz üzrə)

II qrup

3. BEYNƏLXALQ MÜNASİBƏTLƏR
4. DÜNYA İQTİSADİYYATI
5. MÜHASİBAT UÇOTU VƏ AUDİT
6. MALİYYƏ
7. MENECMENT
8. MARKETİNQ
9. BİZNESİN İDARƏ EDİLMƏSİ
10. TURİZM VƏ OTELÇİLİK
11. DÖVLƏT VƏ BƏLƏDİYYƏ İDARƏ ETMƏSİ

III qrup

12. FİLOLOGİYA
13. TƏRCÜMƏ (İNGİLİS DİLİ)
14. XARİCİ DİL MÜƏLLİMLİYİ (İNGİLİS)
15. DİZAYN

IV qrup

16. BİOLOGİYA (Mikrobiologiya istiqaməti üzrə)
17. PSİXOLOGİYA
Odlar Yurdu Universitetində tələbənin ixtisasından asılı olmayaraq bakalavr, magistr və doktorantura pillələri üzrə illik təhsil haqqı 2000 AZN təşkil edir.
Bundan əlavə 600 baldan çox toplayan bütün abituriyentlər aylıq 200 AZN təqaüdlə təmin edilir.
İkili diplom proqramına əsasən məzunlar həm Odlar Yurdu Universitetinin, həm də İsveçrənin Swiss Montro Biznes Məktəbinin diplomunu əldə edəcəklər

Təhsil-press.az

Oxşar xəbərlər