Görüşdə ingilis dili müəllimlərinin hazırlığı məsələləri, bu ixtisas üzrə təhsil alan tələbələrə ingilisdilli mütəxəssislərin dərs deməsi ilə bağlı müzakirələr aparılıb. Müzakirələr zamanı ADU ilə ABŞ Dövlət Departamentinin Regional İngilis dili Ofisi arasında səmərəli əməkdaşlıqla bağlı məsələlərə də toxunulub.
Görüşdə, həmçinin ABŞ səfirliyinin İctimai əlaqələr şöbəsinin mədəniyyət və təhsil işləri üzrə müşaviri Emi Pitersen də iştirak edib.
Qonaqlar görüşdən sonra ADU-nun İnformasiya Resurs Kompleksi ilə yaxından tanış olublar.
ADU-nun Mətbuat Xidməti

