Pakistanın Şikarpur şəhərində polis məntəqəsinin yaxınlığında iki silahlı qrup arasında atışma olub. Təhsil-press.az-ın məlumatına görə, hadisə nəticəsində ən azı 13 nəfər ölüb, 20 nəfər yaralanıb. Ölənlər arasında iki qadın və 8 yaşlı qız uşağı da olub. Yaralılar xəstəxanaya yerləşdirilib. İnsidentə iki qrup arasında torpaq münaqişəsinin səbəb olduğu bildirilir.