Birinci kurs tələbələrimiz yay tədris təcrübəsində

Birinci kurs tələbələrimiz yay tədris təcrübəsində Xəbər verdiyimiz kimi, artıq Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) imtahan sessiyası başa çatıb. İmtahanları müvəffəqiyyətlə başa vuran tələbələr istirahətə yollanıblar, kəsiri, akademik borcu olanlar isə növbəti imtahanlara hazırlaşırlar. Bəziləri isə borcunu vermək üçün yay məktəbinə yazılır.
Hər il olduğu kimi bu il də 3-cü kurs tələbələrimiz istehsalat təcrübəsinə göndəriləcək, onlara tədris prosesində öyrəndikləri nəzəri bilikləri iş prosesində tətbiq etmək imkanı yaradılacaq. Universitet rəhbərliyinin səyi və təşəbbüsü ilə ərsəyə gələn, dövlət və özəl qurumlarla bağlanan əməkdaşlıq müqavilələrinə əsasən, AzMİU tələbələri müxtəlif şirkətlərdə, dövlət strukturlarında, hətta Azərbaycanın hüdudlarında kənarda – Türkiyədə, Özbəkistanda təcrübə keçəcəklər.
Universitetin Memarlıq, İnşaat, Nəqliyyat fakültələrinin 1-ci kurs tələbələri isə tədris təcrübəsi keçirlər. Geomatika kafedrasından aldığımız məlumata görə, adıçəkilən fakültələrin 1-ci kurs tələbələri Mühəndis geodeziyası fənnindən tədris təcrübələrinə artıq cəlb olunublar, təcrübə müddəti bir ay davam edəcək. Onlar ilkin iş olaraq yerölçən cihazlarla universitetin həyətində xəritə çəkir, müəyyən qeydlər aparır, bu işin incəliklərini müəllimləri ilə birgə öyrənirlər.

AzMİU-nun Mətbuat Xidməti


Birinci kurs tələbələrimiz yay tədris təcrübəsində

Birinci kurs tələbələrimiz yay tədris təcrübəsində

Birinci kurs tələbələrimiz yay tədris təcrübəsində

Oxşar xəbərlər