X.Yahudov beynəlxalq əlaqələrin genişləndirilməsindən, Universitetdə uğurla həyata keçirilən layihələrdən söz açıb, tələbələri bu layihələrdə iştirak etməyə çağırıb.
Tələbələrlə səmimi və bir ata qayğısıyla danışan X.Yahudov onların irad və təkliflərini dinləyib, suallarını cavablandırıb və bildirib ki, istedadlı tələbələrə qayğı göstərilməsi, imkan və şərait yaradılması vacibdir.
Eyni zamanda X.Yahudov bütün hallarda tələbələrin yanında olacağını, onları narahat edən problem olduqda isə rəhbərliyə müraciət etmələrini bildirib.
AzTU-nun Mətbuat Xidməti

