AZAL-ın təyyarəsi yeni rekord vurub

AZAL-ın təyyarəsi yeni rekord vurub Rio-de-Janeyro hava limanının tarixində AZAL təyyarəsi yeni rekord vurub.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Tehsil-press.az-a verilən məlumata görə, "Rio-2016" Olimpiya oyunlarına ölkəmizin idmançılarını çatdıran Azərbaycan Hava Yollarına məxsus Airbus A340-500 sərnişin layneri Rio-de-Janeyronun "Qalean" Beynəlxalq hava limanının tarixində ən uzun uçuş kimi yeni rekord vurub. Hava gəmisi 12370 km məsafəni 14 saat 22 dəqiqə ərzində uçub. Bu barədə “Qalean" hava limanının Facebook sosial şəbəkəsinin rəsmi səhifəsində bildirir:
https://www.facebook.com/RIOgaleao/photos/a.1450565018556852.1073741828.1446327678980586/1788924301387587/?type=3&theater


Tehsil-press.az

Oxşar xəbərlər