İki ixtisas üzrə UDİD proqramının açılması üçün həmin ixtisasların təhsil proqramlarında nəzərdə tutulan fənlərin və onlara ayrılan kreditlərin ən azı 70 faizi eyni olmalıdır.
UDİD proqramına təhsil müddətində birinci ixtisas üzrə nəzərdə tutulan fənlər üzrə kreditləri qazanan və ayrı-ayrı fənlərdən müvəffəqiyyət göstəricisi 81-100 bal arasında olan I kursu bitirən tələbələr muraciət edə bilərlər.
UNEC haqqında:
UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.
UNEC-in Mətbuat Xidməti