UNEC tələbələri Avropada təcrübə keçəcəklər

UNEC tələbələri Avropada təcrübə keçəcəklər UNEC-in Karyera Mərkəzinin direktoru Fuad Əliyev və Təcrübənin təşkili şöbəsinin müdiri Natiq Qurbanov Fransanın Lion şəhərində yerləşən CEFAM (Centre d’Etudes Franco-Américain de Management) Universitetində səfərdə olublar.
“Erasmus+” mübadilə proqramı çərçivəsində həyata keçən səfərdə UNEC əməkdaşları CEFAM-da tələbələr üçün karyera xidmətlərinin və təcrübənin təşkili, eləcə də korporativ sektorla əlaqələrin qurulması işi ilə tanış olublar. Məzunlar Assosasiyasının işinin mexanizmini öyrəniblər. UNEC-də tələbələrin karyera inkişafı məqsədilə görülən işlər, ixtisas təcrübələrinin təşkili haqqında ətraflı məlumat veriblər.
Görüşdə həmçinin UNEC tələbələrinin CEFAM tələbələri ilə birlikdə Fransa, Avropa Birliyi ölkələri və həmçinin ABŞ şirkətlərində karyera qurmalarına dəstəyin göstərilməsi və ixtisas təcrübələrinin təşkili perspektivləri haqqında fikir mübadiləsi aparılıb və ilkin razılıq əldə edilib.
UNEC haqqında:
UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər