
Azərbaycanlı sənətçi yeni layihə üzərində çalışdığını bildirib. S.Yahyayeva sosial şəbəkədə izləyicilərinə yeni layihəsinin kadrarxası görüntülərini təqdim edib. Məlum olub ki, o, layihəsi üçün Cennifer Lopesin ispan dilində oxuduğu “Ni T Ni Yo” klipindəki obrazların oxşarını tikdirib. Layihədə sənətçinin imici üzərində top-stilist Anar Ağakişiyev çalışıb.
Xatırladaq ki, Cenniferin klipində süjetə əsasən klipin qəhrəmanı bir fotoqrafla tanış olur: Qəhrəmanlar silsiləli fotosessiyadan sonra gözlənilmədən başa düşürlər ki, bir-birinə vurulub. Video parlaq və ehtiraslı alınıb: Çarxda ulduz keçən həftə konsertində geyindiyi dərin yarıqlı qara libası və tropik bitkilərin fonunda çılpaq pozalar verib.
Sevda Yahyavevanın Cennifer qədər cəsarətli olub-olmayacağını isə klip hazır olduqdan sonra öyrənmək mümkün olacaq.
Təhsil-press.az