Dünya şöhrətli aktrisadan Azərbaycana jest

Dünya şöhrətli aktrisadan Azərbaycana jest Natalya Oreyro Bakıya gəlməyi planlaşdırır.

Azərbaycanda da çox sevilən Uruqvayın ulduz aktrisası "Vəhşi gözəl"in Milaqrosu Natalya Oreyro  yeni fotosu ilə azərbaycanlıları təəccübləndirib. Tehsil-press.az-n məlumatına görə, ANS ÇM radiosunun diceyi Anar İbrahimli aktrisa ilə görüşüb. Cənubi Amerikalı müğənni və aktrisa azərbaycanlı pərəstişkarlarına jest olaraq araxçınla foto çəkdirib. 
ANS ÇM radiosunun diceyi ilə aktrisanın müsahibəsini ANS TV-də yayımlanacaq. Moskvada baş tutan görüş zamanı çəkilən şəkillər aktrisanın fan səhifəsində yerləşdirib. Məşhur müğənni daha sonra azərbaycanlı fanatlarına salam göndərib. O, əlavə edib ki, Bakıya gəlməyini planlaşdırır. ANS ÇM radiosunun diceyi ilə aktrisanın müsahibəsini ANS TV-də yayımlanacaq.

Dünya şöhrətli aktrisadan Azərbaycana jest

tehsil-press.az

Oxşar xəbərlər