Kaspi Abituriyent kursları – Hesabat görüşü

Kaspi Abituriyent kursları – Hesabat görüşü Press-reliz 8 sentyabr 2017-ci il Kaspi Abituriyent kursları – Hesabat görüşü Hər il davamlı olaraq öz fəaliyyəti, yekun nəticələri və s. haqqında ictimaiyyətə məlumat verən “Kaspi” Təhsil Şirkəti bu il də ənənəsinə sadiq qalaraq mətbuatın qarşısına çıxdı. 2016/2017-ci tədris ilinin abituriyent kursları üzrə yekun hesabatını təqdim edən təhsil müəsissəsi fəaliyyətinin 10-cu ilində nəhayət ki, öz hədəfinə çatdı. Belə ki, Kaspi Abituriyentin tələbəsi olan Vahab Cəbrayılov qəbul imtahanında 700 bal toplayaraq özü ilə yanaşı, Kaspinin də adını yüksəklərə qaldırmış və elə bu uğurlu nəticə münasibəti ilə də o,“Kaspi” Təhsil Şirkətinin idarə heyətinin sədri Sona Vəliyevanın təşəbbüsü ilə təsis olunan “Kaspi” təqaüdünü qazanan ilk tələbə olmuşdur. Lakin Kaspinin uğuru bununla yekunlaşmayıb. Şirkətin təsisçici bildirmişdir ki, bu il ilk məzunlarını buraxan “Kaspi” Liseyi və ilk dəfə abituriyent hazırlıqlarını təşkil edən Xətai filialı Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında 100 % nəticə göstərmişdir. Ümumilikdə isə bütün Kaspi Abituriyent kursları üzrə qəbul göstəricisi 95% təşkil edir ki, bu nəticəni də mərkəz çox uğurlu nəticə hesab edir. Görüş zamanı Kaspi Abituriyentin yüksək bal toplayan digər tələbələrinə də şirkət adından müxtəlif hədiyyələr verilmiş, həmçinin onlara, bundan sonra “Kaspi” təhsil mərkəzlərində təqdim olunan bütün xidmətlərdən 20% endirimlə faydalanmaq üçün kuponlar təqdim olunmuşdur. “Kaspi” Təhsil Şirkəti 2007-ci ildə xarici dillərin tədrisi ilə məşğul olan bir mərkəz kimi fəaliyyətə başlamış, keçən 10 il ərzində fəaliyyətini genişləndirərək 2 lisey, 4 uşaq bağçası, 11 filial, 6 yerli nümayəndəlik açmış və “şirkət” statusunu qazanmışdır.
E-mail: [email protected]; Tel: (055) 255-22-10

Oxşar xəbərlər