Qərb Universitetinin rektoru Andris Leitasın təbrik nitqi

Qərb Universitetinin rektoru Andris Leitasın təbrik nitqi 2017/2018-ci tədris ilinin başlanması münasibətilə Qərb Universitetinin rektoru Andris Leitas tələbələri təbrik edib:

Əziz tələbələr və müəllimlər,
Bu gün sizinlə birlikdə olmaq və sizə xoş sözlər söyləmək mənim üçün böyük şərəfdir. Sizin hamınızı ürəkdən salamlayıram. Çox məmnunam ki, öz bilik və təhsilinizin təkmilləşməsi üçün Qərbi Kaspi Universitetini seçmisiniz.
Universitetimiz Azərbaycanın ilk özəl universitetlərindən biridir və ölkənizin zəngin tarixinin kiçik bir hissəsidir. Geridə qoyulan bu dövr təhsilin keyfiyyətini ən yüksək qərb və dünya standartlarına dəyişmək üçün əhəmiyyətli bir mərhələdir.
Burada karyera inkişafı, ikili diplom əldə etmə şansı və gələcək həyatınızda sizə uğurlar gətirəcək bir çox digər geniş imkanlar əldə edəcəksiniz.
Universitetdə 3 iş dili vardır. Əlbəttə ki, rəsmi dil dövlət dili kimi Azərbaycan dili hakimdir, əsas aparıcı dil kimi çıxış edir. Eyni zamanda ingilis və rus dillərindən bərabər əsasda istifadə olunur.
Bu gün sizin həyatınızda çox əlamətdar bir gündür və mən burada sizinlə olmaqdan böyük məmnunluq duyuram.
Bu gün siz Azərbaycanın ən məşhur, nüfuzlu universitetlərindən olan Qərbi Kaspi Universitetində tədrisə başlayırsınız. Universitetimiz həmişə öz xüsusiyyətləri ilə fərqlənir. Belə ki, burada əldə olunan diplom həqiqətən əldə edilmiş bilikləri əks etdirir. Bu isə sizin karyeranızda çox vacib amillərdəndir, bu biliklər sizi, kareyranızı irəli aparmaq üçün əsas güc olacaq!
Sizin üçün bütün şərait yaradılıb və bir çoxlarınız ölkənin inkişafında rol oynayaraq böyük elm adamları və ya görkəmli liderlər kimi yetişməkdə şans qazanmısınız.
Burada siz bildiyiniz məlumatları təkmilləşdirmək, eyni zamanda xaricə gedib təcrübə qazanmaq və geri qayıtdıqdan sonra ölkənizin inkişafına xidmət etmək şansı əldə edə bilərsiz. İnanın, Azərbaycan möhtəşəm bir ölkədir.
Bizim sizinlə çox çox ortaq cəhətlərimiz var: hər şeydən əvvəl mən də bir tələbə olmuşam və həmin illəri yaxşı xatırlayıram.
Mən rektor vəzifəsinə təzəlikcə icra etməyə başlamışam və universitetin inkişafına şəxsi töhfələrim çox deyil. Lakin sizi əmin edirəm ki, müəllimlərimiz sizə ən yüksək bilikləri tədris etmək üçün əllərindən gələni əsirgəməyəcəklər. İnanıram ki, siz bunu dəyərləndirəcəksiniz.
Unutmayın ki, hər gün sizin həyatınızda yeni bir səhifədir və bu səhifəni necə doldurduğunuz sizdən aslıdır. Tarixi yenidən yaza bilərsiniz, lakin həyatınızı yenidən yaza bilməzsiniz. Hər bir yeni səhifənizin məqsədəuyğun olması üçün yaşayın.
Bu mənim sizə qısa tövsiyəmdir.
Sizə uğurlar arzulayıram.

Mətbuat xidməti


Oxşar xəbərlər