Trento Universitetinin rektoru BDU rektoruna təşəkkür edib

Trento Universitetinin rektoru BDU rektoruna təşəkkür edib İtaliyanın Trento Universitetinin rektoru Paolo Kollini Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmova təşəkkür məktubu göndərib. Məktubda deyilir: “İlk öncə sentyabr ayında gerçəkləşən BDU ziyarətimiz ərzində bizə göstərdiyiniz diqqətə və eyni zamanda olduqca səmərəli keçən görüşə görə Sizə öz minnətdarlığımı bildirmək istəyirəm. Sizinlə olan görüşümüz şəxsən Sizin və komandanızın bütün üzvləri haqqında ən xoş təəssüratlar yaratmışdır. Yaxın gələcəkdə Trentoda görüşəcəyimizə inanıram. Sizi bizim universitetdə qarşılamaq çox xoş olardı. İnanıram ki, bu, universitet və tələbələrimizin maraqlarına xidmət edəcək ikitərəfli əməkdaşlıq üçün çox gözəl bir zəmin yaradacaq”.

Mətbuat və informasiya şöbəsi

Oxşar xəbərlər