BDU-nun folklorşünas alimi Ankarada Beynəlxalq Simpoziumda

BDU-nun folklorşünas alimi Ankarada Beynəlxalq Simpoziumda Türkiyənin paytaxtı Ankara şəhərində Qazi Universiteti və Qəhrəmanqazan Bələdiyyəsinin birgə təşkilatçılığı ilə “V Halkkültürü ve Sanat Etkinlikleri” Simpoziumu keçirilib. Tədbirə dünyanın müxtəlif ölkələrindən tanınmış elm adamları, folklorşünas alimlər qatılıb.
Simpoziumda Bakı Dövlət Universitetini Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Məhəmməd Məmmədov təmsil edib. O, “Türk mifoloji düşüncəsində şamanizm” adlı məqalə ilə çıxış edib, həmçinin bölmə rəhbəri kimi məruzələr dinləyib.
Simpozium müddətində Qazi Universitetinin rektoru və Qəhrəmanqazan Bələdiyyəsinin sədri qonaqlarla görüşüb, belə bir mötəbər tədbirə qatıldıqları üçün təşəkkürünü bildiriblər. Sonra iştirakçılar üçün türkiyəli müəllimlərin və tələbələrin əl işlərindən ibarət sərgi təşkil edilib. Həmçinin bu müddətdə Azərbaycanı təmsil alimlər görkəmli ictimai-siyasi xadim M.Ə.Rəsulzadənin məzarını da ziyarət ediblər.
Sonda iştirakçılara sertifikatlar və materiallar toplusu təqdim olunub.

Mətbuat xidməti


BDU-nun folklorşünas alimi Ankarada Beynəlxalq Simpoziumda

Oxşar xəbərlər