ADPU-nun Şamaxı Filialında III Beynəlxalq Həmzə Nigari Türk Dünyası Mədəni İrsi Simpoziumu keçirildi
Bir çox tədbirlərə ev sahibliyi etmiş Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı Filialının tarixinə daha bir əlamətdar simpoziumun keçirilməsi yazıldı. 17-18 may 2017-ci ildə ADPU və onun Şamaxı Filialının, Türkiyə Cumhuriyyəti Amasiya Universitetinin, Amasiya Azərbaycan Türkləri Kültür Sanat və Dayanışma Dərnəyinin və Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə təşkil etdiyi III Beynəlxalq Həmzə Nigari Türk Dünyası Mədəni İrsi Simpoziumunun ADPU-nun Şamaxı Filialında keçirilməsi çox yaddaqalan bir hadisədir. Tədbirdə Türkiyənin Amasiya Universiteti, Marmara Universiteti, Necmettin Ərbakan Universiteti, Çankırı Karatekin Universiteti, İtaliya Yokoku Assosiasiyası, Makedoniyadan 25 nəfər olmaqla, respublikamızın tanınmış alimlərindən akademik İsa Həbibbəyli, akademik Muxtar İmanov, akademik Teymur Kərimli, ADPU-nun rektoru, professor Cəfər Cəfərov və universitetin Ağcabədi, Quba, Cəlilabad, Şəki filiallarının direktorları, Şamaxı Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Qasım Qasımov, Azərbaycanın bir çox elm müəssisələrindən və mədəniyyət mərkəzlərindən olan 120 nəfər elm xadimi, həmçinin Seyid Həmzə Nigarinin nəslindən olan qonaqlar, media nümayəndələri, Şamaxı Filialının professor-müəllim və tələbə heyəti iştirak edirdilər.
Simpozium iştirakçıları əvvəlcə Şamaxı rayon mərkəzində yerləşən ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər, abidənin önünə gül dəstələri qoydular və Heydər Əliyev Mərkəzini ziyarət etdilər.
Simpozium iştirakçılarının qeydiyyat prosesi başa çatdıqdan sonra filialın akt zalında plenar iclas başladı. Simpoziumu giriş sözü ilə filialın direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Tünzalə Yusifova açaraq iştirakçıları salamladı və bildirdi ki, bu gün eyni zamanda işığına toplaşdığımız Həmzə Nigarinin doğulduğu Qarabağın dilbər guşələrindən biri olan Laçın rayonunun erməni qəsbkarları tərəfindən işğal edildiyi gündür. Hələ 200 il öncə Nigari Qarabağın ruslar tərəfindən işğalından sonra yazdığı şeirində bu faciəli hadisənin “sinəsinə sancılan xəncər kimi onu istiraba qərq etdiyini” ifadə etmişdir. Sanki o, Qarabağın 200 il sonra ermənilər tərəfindən işğal edilib talan olunacağını hiss etmiş kimi bugünkü insanların əhvali-ruhiyyəsini misralarında əks etdirmişdir. Qarabağ həsrəti ilə alışıb yanan Həmzə Nigari bu günümüz üçün də dua etmişdir.
Sonra Laçın rayonunda və bütövlükdə Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirildi.
T.Yusifova çıxışında qeyd etdi ki, qədim elm və mədəniyyət mərkəzi olan Şamaxıda Həmzə Nigari Türk Dünyası Mədəni İrsi Simpoziumunun keçirilməsi əlamətdar hadisə olmaqla yanaşı, həm də məntiqidir. ADPU-nun Şamaxı Filialının tarixində ilk dəfə belə bir beynəlxalq simpoziumun keçirilməsi xüsusilə əhəmiyyətlidir və gələcəkdə belə tədbirlərin keçirilməsi üçün uğurlu başlanğıcdır.
Giriş sözündən sonra Həmzə Nigarinin “Nə sünniyiz, nə şiyə” misraları musiqinin müşayiəti ilə səsləndirildi.
Sonra qonaqları salamlamaq üçün söz simpoziumun keçirilməsi üçün ilk günlərdən böyük dəstək olmuş, xüsusi diqqət və qayğı göstərmiş ADPU-nun rektoru, professor Cəfər Cəfərova verildi. Rektor Cəfər Cəfərov simpozium iştirakçılarını salamlyaraq İslam Həmrəyliyi İlində Şamaxıda-filialımızda dünyaca tanınmış məşhur sufi şairi Həmzə Nigarinin adı ilə bağlı III Beynəlxalq Simpoziumun keçirilməsinin mühüm hadisə olduğunu qeyd etdi və bütün iştirakçılara uğurlar arzuladı. Rektor Həmzə Nigarinin Türk-İslam dünyasına məna yüklü əsərlər bəxş etməsindən danışaraq bildirdi ki, onun divanı türk dilində əvvəlcə Tiflisdə, sonra İstanbulda nəşr edilmişdir. Sonralar isə dəyərli alimlərin əsərlərinin sadələşdirməsi və yeni əlifbaya çevirməsi ilə həm Türkiyədə, həm də Azərbaycanda yenidən çap olunmuşdur. Həmzə Nigarinin İstanbulda nəşr olunan fars dilində də divanı vardır. Nigari “Nigarrnamə”, “Saqinamə”, “Çaynamə” məsnəvilərini, o cümlədən məşhur sufi mütəfəkkiri Muyiddin Ərəbinin “Fütuhatı-Məkkiyə” əsərinə izahlar yazmışdır. Son zamanlar nigarişünaslığın deyə biləcəyimiz ədəbiyyat tədqiqatları yaranmışdır. Hazırda Nigari və ardıcıllarının həyat və yaradıcılığı daha dərindən öyrənilməkdədir. Mirzadə Mustafa Fəxrəddin Ağabalinin “Hümayi-ərş” əsərinin nəşr olunması bu istiqamətdə ilk mənbələrdəndır.
Şamaxı RİH-in başçısının müavini Qasım Qasımov da öz növbəsində simpoziumun ADPU-nun Şamaxı Filialında keçirilməsini mühüm hadisə kimi qiymətləndirərək gələn qonaqları salamladı və simpoziumun işinə uğurlar arzuladı.
Çıxış edən akademik İsa Həbibbəyli, akademik Muxtar İmanov, akademik Teymur Kərimli simpoziumun işini elmi cəhətdən çox yüksək qiymətləndirdilər və bütün iştirakçılara uğurlar arzuladılar.
Amasiya Azərbaycan Türkləri Kültür Sanat və Dayanışma Dərnəyinin başqanı Atilla Yaprak, Amasiya Universitetinin dosenti Metin Hakverdioğlu, İtaliya Yokoko Assosiasiyasından təşrif buyurmuş doktor Andrea Macchia, Makedoniya Universitetinin professoru Zoran Matevski, AMEA-nın Məhəmməd Fizuli adına Əlyazmalar İnstitutunun dosenti Nəzakət Məmmədli, Həmzə Nigari nəslindən olan qonaqlardan Siracəddin Həmidov və Müntəxab
Mirsədizadə çıxış və məruzələr edərək Həmzə Nigarinin həyat və yaradıcılığından, beynəlxalq simpoziumun əhəmiyyətindən danışdılar.
ADPU-nun Şamaxı Flialının II tədris ili tələbəsi Heydər Sadıqovun balabanın müşayiəti ilə Həmzə Nigarinin “Qarabağ” tərcibəndini söyləməsi simpoziuma xüsusi rəng qatdı.
Plenar iclasın sonunda fəxri qonaqlara ADPU və onun Şamaxı Filialı adından hədiyyələr təqdim olundu və gələn qonaqlar da öz hədiyyələrini təqdim etdilər.
Sonra simpozium öz işini “Həmzə Nigari və sufizm”, “Türk dünyası mədəni irsi”, “Gənc alimlərin Sufizm və Türk dünyası mədəni irsi araşdırmaları” başlıqları altında üç bölmədə davam etdirdi. Bölmələrarası fasilədə iştirakçılar filialın həyətyanı sahəsi ilə tanış oldular və həzin musiqi sədaları altında təşkil olunmuş çay süfrəsinə dəvət olundular. Simpoziumun ilk günündə bölmə iclaslarından sonra qonaqlar Şamaxı rayonunda yerləşən Cümə məscidini və Tarix-Diyarşünaslıq Muzeyini ziyarət etdilər.
Növbəti gün simpozium öz işini başa çatdırdı və simpoziumun bağlanışında bölmə rəhbərlərinin hesabatları dinlənildi. Qeyd edildi ki, bölmələrdə çox maraqlı və aktual məqalələr müzakirə olundu. Simpoziumun keçirilməsi çox böyük əhəmiyyət daşıyır. Simpoziumda iştirak edən hər kəsə sertifikatlar və nəfis şəkildə tərtib olunmuş “III Beynəlxalq Həmzə Nigari Türk Dünyası Mədəni İrsi Simpoziumu materialları” adlı kitab təqdim olundu.
Sonda filialın direktoru T.Yusifova simpoziumun yüksək səviyyədə təşkil olunmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirdi və xarici ölkələrdən gəlmiş qonaqlara simpoziumun gedişində çəkilmiş fotoşəkillərdən ibarət albom təqdim etdi. Simpoziumun bağlanışından sonra iştirakçılar Şamaxının tarixi əhəmiyyət daşıyan görməli yerlərini ziyarət etdilər.

ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsi