Məktəbdə Molla Pənah Vaqifinin 300 illik yubileyi keçirilib

Məktəbdə Molla Pənah Vaqifinin 300 illik yubileyi keçirilib Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) və 23 nömrəli məktəbin birgə təşkilatçılığı ilə böyük şair Molla Pənah Vaqifin 300 illiyinə həsr olunan tədbir keçirilib.
23 nömrəli məktəbdə təşkil olunan tədbirdə ADMİU-nun tələbələri maraqlı konsert proqramı ilə çıxış ediblər.
Məktəbin direktoru Yuliya Kərimova şagirdlərə M.P.Vaqifin Azərbaycan ədəbiyyatındakı rolundan danışıb, bu cür tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb, ADMİU-nun rəhbərliyinə təşəkkürünü bildirib.
Məktəbin müəllimləri Nigar Əliyeva, Ağabacı Mirzəyeva Vaqif poeziyasının əhəmiyyətindən söz açıb, birgə tədbirlərin faydalı olduğunu söyləyiblər.
Tədbirdə məktəbin müəllim və şagirdləri Vaqifin şeirlərini Azərbaycan və rus dillərində səsləndiriblər. Şairin sözlərinə yazılmış mahnı və romanslar, eləcə də muğam və təsniflər, həmçinin aşıq havaları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Sonra ADMİU-nun tələbələrindən ibarət xalq çalğı alətləri ansamblının müşayiəti ilə konsert proqramı təqdim edilib.

ADMİU-nun Mətbuat xidməti



Oxşar xəbərlər