GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ MOLLA PƏNAH VAQİFİN 300 İLLİK YUBİLEYİ KEÇİRİLDİ

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ MOLLA PƏNAH VAQİFİN 300 İLLİK YUBİLEYİ KEÇİRİLDİ Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasında Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2017-ci il tarixli sərəncamına əsasən Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş tədbirlər planına uyğun olaraq keçirilən yığıncaqda Humanitar məsələlər üzrə prorektor dosent Gülsüm Fətəliyeva, filologiya fakültəsinin dekanı professor Mübariz Yusifov, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, professor Xəlil Yusifli, dosent Afaq Yusifli çıxış edərək Vaqif yaradıcılığının əsas istiqamətləri, onun irsinin nəşr və tədqiq taixindən danışmışlar. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Vaqifin Şuşada ucaldılmış məqbərəsi haqqında slaydlar nümayiş etdirilmiş, görkəmli şəxsiyyətlərin Vaqif yaradıcılığı haqqında fikirləri səsləndirilmişdir. Tədbirin bədii hissəsində filologiya fakültəsinin tələbələri Vaqif poeziyasından seçmələri səhnələşdirilmiş şəkildə yığıncaq iştirakçılarına təqdim etmişlər.

GDU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər