
Müsabiqənin birinci günü tələbələr üçün fərdi müsabiqə keçirilib. Fərdi müsabiqədə müxtəlif ölkələrdən 117 tələbə iştirak edib. Tələbələrə 4 saat ərzində 9 məsələni həll etmək (proqramını tərtib etmək) və avtomatik qiymətləndirmə sistemi vasitəsilə sınaqdan keçirmə tapşırığı verilib. Müsabiqənin ikinci günü komanda müsabiqəsi keçirilib. Komanda müsabiqəsində 99 komanda iştirak edib. Tələbələrə 5 saat ərzində 12 məsələnin proqramını tərtib etmək və avtomatik qiymətləndirmə sistemi vasitəsilə sınaqdan keçirmə tapşırığı verilib. Müsabiqənin son günü isə nəticələr elan edilib və mükafatlandırma mərasimi keçirilib.
Fərdi müsabiqədə BMU-nun komandasının üzvləri Rəşad Məmmədov və Mahmud Allahverdiyev – II dərəcəli diplom, Asiman Ağayev, Məmməd Hacılı, Rəsul Kərimov və Tağı Əşrəfov – Yüksək nəailiyyət sertifikatı ilə təltif olunublar.
Komanda müsabiqəsində isə universitetimizi təmsil edən Baku EU 1 - (Rəşad Məmmədov, Mahmud Allahverdiyev, Tağı Əşrəfov) və Baku EU 2 (Məmməd Hacılı, Rəsul Kərimov, Asiman Ağayev) komandaları - Yüksək nəailiyyət sertifikatı ilə təltif olunublar.
BMU-nun Mətbuat xidməti
