Şəmkirdə 15 yaşlı yeniyetmə bıçaqlanıb.Hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.
Belə ki, Kür qəsəbə sakinləri 2009-cu il təvəllüdlü H.Abuzərli şəxsi münasibətlər zəminində 2011-ci il təvəllüdlü S.Məmmədlini bıçaqlayıb.
Xəsarət alan yeniyetmə xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Hər iki şəxs məktəblidir. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
***
Şəmkirdə yeniyetmələrin arasında baş verən mübahisə zamanı 3 nəfər xəsarət alıb.
Məlumata görə, xəsarət alanların 2011-cu il təvəllüdlü O.Abuzərli, 2009-cu il təvəllüdlü H.Abuzərli və 2011-ci il təvəllüdlü S.Məmmədli olduğu bildirilir.
TƏBİB-dən bildirilib ki, Şəmkir Rayon Mərkəzi Xəstəxanasına fevralın 8-də saat 22:10 radələrində 3 nəfər (kişi) şəxslər xəsarət alması səbəbilə Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilib.
Xəsarət alanların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.
Tehsil-press.az







