Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildiriib ki, amnistiya tətbiq olunan şəxslərin 5 min 148-i müəyyən müddətə azadlıqdan məhrumetmə, 8 min 914-ü isə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalardan azad edilib. Bundan əlavə, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 1045 nəfərin cəzası 6 ay azaldılıb. 12 nəfər isə cinayət məsuliyyətindən azad edilib (ədliyyə orqanlarının istintaq aidiyyəti üzrə)
Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərdən Vətən müharibəsində iştirak etdiyinə görə 15 nəfər və qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatdığına görə 15 nəfər də cəzadan azad edilənlər arasında yer alıb.
Amnistiya tətbiq olunmuş şəxslərdən 1 min 216-sı böyük ictimai təhlükə törətməyən, 13 min 54-ü az ağır, 849-u ağır cinayətlər törətmiş şəxslərdir.
Ümumilikdə amnistiya tətbiq olunmuş şəxslərdən 14 min 345-i kişi (onlardan 18-i yetkinlik yaşına çatmayan şəxslərdir), 774-ü isə qadındır.
Amnistiya aktının icrası davam etdirilir.
Tehsil-press.az








