Formula 1 Azərbaycan Qran Prisi üçün biletlərin satışına start verilib – QİYMƏTLƏR

Formula 1 Azərbaycan Qran Prisi üçün biletlərin satışına start verilib – QİYMƏTLƏR Gələn il 27-29 aprel tarixlərində Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi üçün biletlərin satışına start verilib.
Noyabrın 6-dan 2017-ci il dekabrın 31-dək həm xarici, həm də yerli avtoyürüş həvəskarları biletləri 20% endirimlə əldə edə biləcəklər. Bundan başqa, sırf yerli sakinlərə əlavə 25%-lik endirim də tətbiq olunur.
İlkin endirim kampaniyası yalnız tribunaya olan və aprelin 26-29 tarixlərini əhatə edən 4 günlük biletlər üçün keçərlidir. İlkin endirim kampaniyası müddətində yerli sakinlər üçün tribunalara 4 günlük biletlərin qiyməti tribunadan asılı olaraq 160-600 AZN arasında dəyişir. Azyaşlılar üçün bu qiymət müvafiq olaraq 120-420 AZN təşkil edir.
Bu kampaniya ərəfəsində ayaqüstü zonalara birgünlük bilet almaq da mümkün olacaq. Bu zonalara birgünlük biletlərin qiyməti cümə günü üçün 60 AZN, şənbə günü - 100 AZN, bazar günü üçün 150 AZN-dir.
1 yanvar 2018-ci il tarixdən etibarən biletlərin satışı yalnız xarici vətəndaşlar üçün tam qiymətlərlə aparılacaq, yerli sakinlər üçün isə nəzərdə tutulmuş 25%-lik endirim qüvvədə qalacaq. Həmçinin 2018-ci ilin ilk günündən etibarən yeni bilet seçimləri satışda olacaq.

Tehsil-press.az


Oxşar xəbərlər