Bakı bu ilin ən populyar yay idman şəhərlərinin üçlüyünə daxil olub

Bakı bu ilin ən populyar yay idman şəhərlərinin üçlüyünə daxil olub Travel.ru turizm servisi 2016-cı il yay idman yarışlarında səyahət etmək üçün rusiyalı turistlər arasında ən populyar şəhərləri seçib. Bu barədə Trend Travel.ru-ya istinadən məlumat verir.
Bu ilin ən populyar 3 idman şəhəri sırasına Paris, Bakı və Rio-de-Janeyro daxil olub.
İyunun 17-19-da Bakıda "Formula-1" Avropa Qran-prisi keçiriləcək. "Formula-1"in Bakı mərhələsinə 10 mindən çox xarici turistin gələcəyi gözlənilir.
İyunun 17-dən 19-dək Bakının mərkəzində qalmaq sutkada minimum 40 dollara başa gələcək. "Formula-1" Avropa Qran-prisinə 3 günlük giriş biletinin qiyməti isə 200 dollardan başlayacaq.

Tehsil-press.az

Oxşar xəbərlər