Suriyada rusiyalı jurnalistlər yaralanıb

Suriyada rusiyalı jurnalistlər yaralanıb Suriyada partlayıcı qurğunun partlaması nəticəsində Rusiyanın NTV və “Zvezda” telekanallarının jurnalistləri yaralanıb.
Tehsil-press.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, jurnalistlər noyabrın 6-da Deyr əz-Zor şəhərinin küçələrindən partlayıcı qurğunun partlaması nəticəsində yaralanıblar.
Xəsarət alanlar arasında NTV kanalının əməkdaşları İlya Uşenin və Timur Voronin olub. “Zvezda”nın jurnalistlərindən isə Konstantin Xudoleyev və Dmitri Starodubski olub. Bundan əlavə Rusiya ordusunun 5 istehkamçısı yaralanıb.
Yaralılar “Xmeymim” aviabazasına çatdırılıb. Onların həyatına hazırda heç bir təhlükə yoxdur.

Suriyada rusiyalı jurnalistlər yaralanıb

Tehsil-press.az

Oxşar xəbərlər