Azərbaycan Universiteti ECDL-in Akkreditasiya Olunmuş Test Mərkəzi statusunu aldı

Azərbaycan Universiteti ECDL-in Akkreditasiya Olunmuş Test Mərkəzi statusunu aldı Azərbaycan Universiteti kompüter biliklərini ölçən beynəlxalq sertifikat proqramı ECDL-in (European Computer Driving Licence – Avropa Kompüter Səviyyəsi Ölçmə Sertifikatı ) ölkəmizdəki rəsmi Akkreditasiya Olunmuş Test Mərkəzi (ATM) olaraq təsdiqlənib. Bu status Azərbaycan Universitetinə Litva Respublikasının İnformasiya Texnologiyaları İnstitutu tərəfindən verilib.
Dünyada kompüter savadlılığını təsdiq edən standartlar içərisində ECDL sertifikatı daha geniş yayılıb və 150-dən artıq ölkə tərəfindən tanınır.
Universitetin nəzdindəki ECDL Mərkəzi həm təlim, həm də test mərkəzi kimi fəaliyyət göstərəcək. ECDL təlimlərinin imtahanlardan uğurla keçən iştirakçılar kompüter bacarıqlarını beynəlxalq səviyyəli sertifikatla təsdiq edə biləcəklər.
Təlimlərin və test imtahanlarının keçiirlməsi haqqında daha sonra ətraflı məlumat veriləcək.

İctimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Universiteti ECDL-in Akkreditasiya Olunmuş Test Mərkəzi statusunu aldı

Oxşar xəbərlər