Azərbaycanı “Eurovision-2018”də o təmsil edəcək

Azərbaycanı “Eurovision-2018”də o təmsil edəcək Azərbaycanı “Eurovision-2018” mahnı müsabiqəsində təmsil edəcək ifaçı müəyyənləşib.
Bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkətindən məlumat verilib.
Qeyd olunub ki, bu gün münsiflər heyətinin iclası keçirilib.
Toplantıda ölkəmizi gələnilki yarışmada təmsil edəcək iştirakçının adı müəyyənləşib. Bu, Aysel Məmmədovadır.
Qeyd edək ki, “Eurovision-2018” Portuqaliyada “MEO Arena”da reallaşacaq.

Tehsil-press.az



Oxşar xəbərlər