“Tələbə baharı” festivalının qalibləri -BMU nin tələbələri mükafatlandırıldı

“Tələbə baharı” festivalının qalibləri -BMU nin tələbələri mükafatlandırıldı Azərbaycan Dövlət Musiqili Teatrında “Tələbə baharı” X Ümumrespublika tələbə yaradıcılıq festivalının qala-konserti baş tutdu.
Qala konsertində Gənclər və İdman naziri Azad Rəhimov festivalın əhəmiyyətindən danışıb, onun gənclərin istedad və bacarıqlarının inkişafında rolunu vurğuladı. Azad Rəhimov qeyd etdi ki, 2006-cı ildən bu günə kimi Gənclər və İdman Nazirliyinin həyata keçirdiyi "Tələbə baharı" festivalının iştirakçıları arasında 2009-cu ildə "Eurovision" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən və III yerin qalibi olan Aysel Teymurzadə, 2011-ci ildə "Eurovision" qalibiyyətini Azərbaycana bəxş edən Eldar Qasımov da olub.
Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini Fidumə Hüseynova tələbə gənclərin qabiliyyətlərinə heyranlığını vurğulayaraq onların öz istedadlarını ən mükəmməl şəkildə nümayiş etdirdiklərini söylədi.
Myuzikl-tamaşa formatında təşkil olunan qala-konsertdə Bakı Mühəndislik Universitetinin yaradıcı və istedadlı gənclərinin çıxışı xüsusi maraqla və alqışlarla qarşılandı. Klassik musiqi, estrada musiqisi, milli rəqslər, müasir rəqslər nominasiyaları üzrə fərqlənən universitet tələbələri bacarıqlarını məharətlə nümayiş etdirdilər
Tədbirin sonunda festivalın qaliblərinə diplom və xatirə hədiyyələri təqdim olundu.

BMU-nun Mətbuat Xidməti


“Tələbə baharı” festivalının qalibləri -BMU nin tələbələri mükafatlandırıldı

Oxşar xəbərlər