
Təlimlər “Headway” şirkətinin nümayəndəsi Seymur Rəsulov tərəfindən aparılıb. Tələbələrin gələcək karyeralarında uğur qazanmaları üçün öz təcrübələrini bölüşən təlimçi bu istiqamətdə düzgün ixtisas seçiminin əhəmiyyətindən bəhs edib. Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, mərkəz tərəfindən bu cür təlimlərin mütəmadi təşkil olunması nəzərdə tutulub. Təlimlərin beynəlxalq şirkət nümayəndələri, təcrübəli təlimçilər tərəfindən keçirilməsi planlaşdırılır.
Hüseyin Şərifov
