UNEC-də “Karyera günləri”

UNEC-də “Karyera günləri” Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzində Atəşgah Sığorta Şirkətinin iştirakı ilə “Karyera günləri”nə başlanılıb.
Iki gün davam edəcək tədbirdə tələbələrə iş karyerasında ilk addımlar, CV hazırlanması, müsahibəyə psixoloji hazırlıq və korporativ mədəniyyət mövzusunda təlimlər keçiriləcək. Eyni zamanda, şirkətin insan resursları departamentinin əməkdaşları tərəfindən tələbələr üçün real işəgötürmə müsahibəsi təşkil olunacaq.
Tədbirin ikinci günündə şirkətdə mövcud vakansiyalar və iş imkanları barədə məlumat veriləcək.

UNEC-in Mətbuat xidməti



Oxşar xəbərlər