Zarafatla başlayan bıçaqlaşma... - 18 il iş aldı

Zarafatla başlayan bıçaqlaşma... - 18 il iş aldı Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisinin xalası oğlunu öldürməkdə təqsirləndirilən İbrahim Sadıqova hökm oxunub.
Hakim Əfqan Hacıyevin icraatında olan prosesdə İ.Sadıqov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən iclasların birində İ.Sadıqov ifadə verərək İslam Hüseynovu söyüşə görə öldürdüyünü deyib: "Mən telefonla danışanda ona zarafatla dedim ki, xalan qızını anası ilə birlikdə qaçıracağam. Buna görə mübahisəmiz düşdü. Telefonda danışanda dedi ki, sənin bağırsaqlarını tökəcəm, doğrayacam səni. Belə dediyi üçün özümlə bıçaq götürdüm. Mənə var-yox, namus və qeyrət söyüşləri söydü. Məni vurmaq istəyəndə onu vurdum".

Tehsil-press.az


Oxşar xəbərlər