BDU-da terror törətmək istəyən cəzalandırıldı

BDU-da terror törətmək istəyən cəzalandırıldı Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluğa cəhddə təqsirləndirilən Fərid Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Hakim Rahib Salmanovun icraatında olan prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasının hökmü ilə F.Sadıqov 11 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, "Əbdülxaliq" dini ləqəbli F.Sadıqov İŞİD terror təşkilatının ideyalarının Azərbaycanda qəbul olunması və cinayətkar məqsədlər üçün Qərib Dəmirov, Məhəmməd Ulubəyov və digər şəxslərlə əlaqəyə girib. Onlar Bakı Dövlət Universiteti, İslam Universiteti, Neft Akademiyasında terror həyata keçirmək, əhali arasında vahimə yaratmaq istəyiblər. Dəstə üzvləri şimal zonasında olan şərab mağazaları, lombardlara hücum etməyi planlaşdırıblar. Dəstə üzvləri Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı öldürülüb, F.Sadıqov isə həbs edilib.

BDU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər