
Baba Vəziroğlu məşhur şeirlərini tələbələr üçün səsləndirib, yaradıcılığı ilə bağlı xoş xatirələrini bölüşüb.
ADU tələbələri Baba Vəziroğlunun şeirlərinə bəstələnmiş mahnıları ifa edib, şeirlərini səsləndiriblər.
Görüşdən məmnunluğunu bildirən Baba Vəziroğlu gəncləri maraqlandıran sualları cavablandırıb.
ADU-nun rektorunun məsləhətçisi Anar Osmanlı çıxışında nəğməkar şair Baba Vəziroğlunun yaradıcılığının Azərbaycan poeziyası üçün əhəmiyyətindən danışıb.
Sonda ADU tələbələri adından şairə xatirə hədiyyəsi təqdim edilib.
ADU-nun Mətbuat Xidməti





