
Tədbirdə Xalq Şairi Nəriman Həsənzadə, Xalq Artisti Eldost Bayram və digər çıxış edənlər görkəmli şairin həyat və yaradıcılığından bəhs edib, xatirələrini bölüşüblər. Bildirilib ki, M.Seyidzadə lirik şeirlərində insanın quruculuq, vətənpərvərlik duyğularını, saf məhəbbətini tərənnüm edib, qəzəlləri, uşaqlar üçün mənzum nağılları, kiçik pyesləri, təmsilləri geniş yayılıb. O, rus şair və yazıçıların nağıl və şeirlərini Azərbaycan dilinə tərcümə edib, orden və medallarla təltif olunub.
Tədbir musiqi proqramı ilə davam edib.
ADPU-nun Mətbuat xidməti
