Maykl Ceksonun qardaşı baba olub

Maykl Ceksonun qardaşı baba olub Tanınmış pol ulduzu Maykl Ceksonun qardaşı, 63 yaşlı Cermeyn Cekson ilk dəfə oğul babası olub.

Tehsil-press.az "Miror" qəzetinə istinadən verdiyi xəbərə görə, məşhurun oğlu kiçik Cermeyn və onun həyat yoldaşı ərəb əsilli Asa Soltan Rahmati yeni doğulmuş oğlanlarının adını Soltan Cekson qoyublar.
40 yaşlı televiziya ulduzu Asa Soltan Rahmati, həyat yoldaşı Cermeyn Ceksonla çox xoşbəxt olduğunu deyib. O bildirib ki, əsl səadət onların evlərinə övladları ilə birgə gəlib.
Bir neçə həftə öncə isə Cermeyn Ceksonun bacısı 50 yaşlı məşhur pop ifaçısı Cenet Cekson ana olub. Cenet Cekson tanınmış, ərəb əsilli iş adamı ilə ailə quraraq son illərdə səhnədən uzaqlaşıb.

Maykl Ceksonun qardaşı baba olub

Tehsil-press.az

Oxşar xəbərlər