UNEC-in müəllimi Sakarya Universitetində mühazirə oxuyub

UNEC-in müəllimi Sakarya Universitetində mühazirə oxuyub Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) beynəlxalq münasibətlər kafedrasının baş müəllimi Rəsmiyyə Məmmədova “Mövlanə” mübadilə proqramı çərçivəsində Türkiyənin Sakarya Universitetində beynəlxalq münasibətlər, siyasi tarix və yeni tarix fənlərini tədris edib.
R.Məmmədova “25 il müstəqillik dönəmində Türkiyə-Azərbaycan münasibətləri”, “Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin rolu” və digər mövzularda mühazirə oxuyub.
İki həftə davam edən mübadilə proqramı çərçivəsində R.Məmmədova türkiyəli həmkarları ilə beynəlxalq münasibətlər ixtisasının tədrisi istiqamətində təcrübəsini paylaşıb.

UNEC-in Mətbuat Xidməti


Oxşar xəbərlər